İliş və ya hörülmüş hekayə

Narahatçılıq

İliş su ilə dolu badyadan söyüd çubuğunu çıxardı, ona göz gəzdirdi və həlqələyib möhkəmliyini yoxladı. O, çubuğu mürəkkəb çal-çarpaz düyünə birləşdirməyə hazırlaşmışdı ki, onun balaca qardaşı və bacısı samanlığa soxuldular.

— Ata bizi balıq tutmağa aparır! Hazırlaş! Tez ol! — onlar bir ağızdan qışqırışdılar.

Balacalar İlişin çiynindən yapışıb onlarla birlikdə balıq ovuna getmək üçün ona yalvarmağa başladılar. İliş anladı ki, bu gün onun möhtəşəm niyyətlərinin həyata keçməsinə imkan verən deyillər.

— Bəlkə mənsiz gedəsiniz? — İliş samanlıqda qalmaq üçün son cəhdini etdi. Lakin kiçik qardaş və bacısı yazıq İlişdən əl çəkmirdilər.

— Sən nə danışırsan! — bacısı bağırdı. — Əgər sən evdə qalsan, onda atamız bizi də aparan deyil! Tez dur yığış!

İliş söyüd çubuğunu kənara qoydu və sakitcə (müqavimət göstərmək mənasız idi!) beynində çal-çarpaz düyünü və gürzə-hörüyü necə birləşdirməyi həll edə-edə onların arxasınca getdi. Həyətdə uşaqlar atalarına rast gəldilər.

— Bizimlə getdiyin üçün şadam, İliş. Sizin üçün tədarük görmüşəm, — atası əlində üç tilov tutmuşdu.

— Hərəyə bir tilov! — atası ciddiyyətlə qaşlarını çatdı.

Əslində onun xəbərdarlığı İlişə deyil, tez-tez İlişin şeylərini çırpışdıran iki şıltaq, utanmaz balacaya aid idi.



geri mündəricat